- Offside
- 21:29 05.11.2026
Monako Knyazlığında Avropa Şurasına üzv ölkələrin idmana məsul nazirlərinin 19-cu iclası keçirilib.
Gənclər və İdman Nazirliyindən 90deqiqe.Az-a verilən məlumata görə, tədbirdə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov da iştirak edərək çıxış edib.
İclasın açılış mərasimində Monako Knyazlığının Şahzadəsi II Albert, Avropa Şurasının Baş katibi Alen Berset və Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti Leyla Markes Mota çıxış ediblər.
Tədbir çərçivəsində “Uşaqlar və gənclər üçün təhlükəsiz və sağlam idman” mövzusunda müzakirələr aparılıb. Görüşdə uşaqların və gənclərin idmanda təhlükəsizliyinin təmin edilməsi, sağlam və inklüziv idman mühitinin yaradılması, eləcə də beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Səfər çərçivəsində Fərid Qayıbov Ümumdünya Antidopinq Agentliyinin (WADA) baş direktoru Olivye Niqqli ilə də görüş keçirib. Tərəflər antidopinq sahəsində beynəlxalq əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı fəaliyyətin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.