- Offside
- 21:29 05.11.2026
8 Noyabr – Zəfər Günü münasibətilə Gəncə şəhərində veloyürüş təşkil olunub.
90deqiqe.Az-ın məlumatına görə, Heydər Əliyev Park-Kompleksində keçirilən tədbir Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə baş tutub.
Veloyürüşdən əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ROEQİUGVM-nin Gəncə bölməsinin idmançılarının, tələbələrin və könüllülərin qatıldığı veloyürüş Zəfər Tağının önündən start götürüb. İştirakçılar müəyyən edilmiş marşrut üzrə hərəkət etdikdən sonra yenidən start nöqtəsinə qayıdaraq yürüşü başa vurublar.
Tədbirin sonunda veloyürüş iştirakçılarına sertifikatlar təqdim olunub.