5 noyabr 2026. Cümə axşamı

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində Çexiya ilə heç-heçə edib


  • Offside
  • 17:55 05.11.2026
  • Oxunma sayı: 29
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində Çexiya ilə heç-heçə edib

Futzal üzrə Azərbaycan millisi dünya çempionatının əsas seçmə mərhələsində ilk ev oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, XII qrupda mübarizə aparan yığmamız Lənkəran Olimpiya İdman Kompleksində Çexiya millisini qəbul edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

Azərbaycan millisinin heyətində Kənan Manafov qol vurub. Çexiya yığmasının üzvü Radim Zarubanın avtoqolu da komandamızın aktivinə yazılıb. Rəqib komandanın heyətində Mixal Seydler fərqlənib. Azərbaycan millisinin üzvü Murad Quluzadə isə avtoqol müəllifi olub.

Qeyd edək ki, XII qrupda iki oyundan sonra 4 xal toplayan Çexiya millisi liderdir. Bir qarşılaşmada 1 xal qazanan Latviya ikinci, iki oyundan sonra eyni xala malik olan Azərbaycan yığması isə üçüncü pillədə qərarlaşıb.

Millimiz növbəti oyununu noyabrın 8-də keçirəcək. Azərbaycan yığması Bakı İdman Sarayında saat 20:00-da Latviya millisi ilə üz-üzə gələcək.







Offside