5 noyabr 2026. Cümə axşamı

Bakıda eşitmə qüsurlu cüdoçular arasında Avropa çempionatı keçiriləcək


  • Offside
  • 19:07 05.11.2026
  • Oxunma sayı: 32
Bakıda eşitmə qüsurlu cüdoçular arasında Avropa çempionatı keçiriləcək

Noyabrın 11-12-də Bakıda eşitmə qüsurlu idmançılar arasında cüdo üzrə V Avropa çempionatı təşkil olunacaq.

90deqiqe.Az-ın  məlumatına görə, qitə birinciliyində 12 ölkədən 80-ə yaxın idmançının iştirakı gözlənilir.

Azərbaycanda ilk dəfə keçiriləcək Avropa çempionatına hazırlıq və təşkilati məsələlərlə bağlı Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında görüş baş tutub.

Görüşdə Azərbaycan Deflimpiya Komitəsinin (ADK) baş katibi Namiq Novruzov, MOK-un idman idarəsinin müdiri və ADK-nın idman şöbəsinin müdiri Həsənağa Rzayev, eləcə də komitənin əməkdaşları və könüllülər iştirak ediblər.

Görüş zamanı çempionatın təşkili, hazırlıq prosesi və tədbirin yüksək səviyyədə keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.







Offside