- Offside
- 21:29 05.11.2026
Qadın voleybolçulardan ibarət “DH Volley” komandası CEV Çelenc Kubokunda mübarizəni davam etdirmək hüququ qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi 1/32 final mərhələsinin cavab qarşılaşmasında Danimarkanın “Holte IF” kollektivini qəbul edib. Fövqəladə Hallar Nazirliyinin Bakıdakı idman zalında keçirilən görüş “DH Volley”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. Setlər 26:24, 25:21 və 25:14 hesabları ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında keçirilən ilk görüşdə də Azərbaycan klubu rəqibini 3:1 hesabı ilə məğlub edib.
Beləliklə, iki oyunun nəticəsinə əsasən növbəti mərhələyə yüksələn “DH Volley” 1/16 finalda Polşanın LKS klubu ilə qarşılaşacaq.