5 noyabr 2026. Cümə axşamı

302 cüdoçu növbəti kəmər imtahanında qüvvəsini sınayıb


  • Offside
  • 20:49 05.11.2026
  • Oxunma sayı: 52
302 cüdoçu növbəti kəmər imtahanında qüvvəsini sınayıb

Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçirilib.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Cüdo Federasiyasından (ACF) məlumat verilib.

ACF-nin təşkilatçılığı ilə baş tutan prosesə ümumilikdə 302 cüdoçu qatılıb. İştirakçılar yaş uyğunluğu nəzərə alınmaqla ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə texniki bilik və bacarıqlarını nümayiş etdiriblər.

Müəyyən olunmuş tələbləri yerinə yetirən idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub.

Kəmər imtahanları cüdoçuların texniki hazırlığının mərhələli və sistemli şəkildə inkişafına, öyrəndiklərinin möhkəmləndirilməsinə və motivasiyanın artırılmasına xidmət edir. Müvafiq dərəcəyə sahib olmaq eyni zamanda bir sıra nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biridir.







Offside