5 noyabr 2026. Cümə axşamı

Azərbaycan Zaqrebdə keçiriləcək Qran-Pridə 12 cüdoçu ilə təmsil olunacaq


  • Offside
  • 21:29 05.11.2026
  • Oxunma sayı: 37
Azərbaycan Zaqrebdə keçiriləcək Qran-Pridə 12 cüdoçu ilə təmsil olunacaq

Beynəlxalq Cüdo Federasiyasının (IJF) təqviminə əsasən, noyabrın 13-15-də Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri turniri keçiriləcək.

90deqiqe.Az-ın  məlumatına görə, yarışda Azərbaycan millisi 12 idmançı ilə təmsil olunacaq. Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına reytinq xalları qazandıran turnirdə ölkəmizi 9 kişi və 3 qadın olmaqla ümumilikdə 12 cüdoçu 9 çəki dərəcəsində təmsil edəcək.

Kişilərdən ibarət Azərbaycan yığmasına böyük məşqçilər Elxan Məmmədov və Robert Kravçik, qadınlardan ibarət komandaya isə baş məşqçi Amina Abdellatif rəhbərlik edəcək.

Dünya Cüdo Turunun təqviminə daxil olan Zaqreb Qran-Prisində 70 ölkədən 515 idmançı iştirakı edəcək. Onlardan 314-ü kişi, 201-i isə qadın cüdoçudur.

Azərbaycan millisinin heyətini təqdim edirik:

Qadınlar

-52 kq

Gültac Məmmədəliyeva

-70 kq

Südabə Ağayeva

+78 kq

Madina Kaisinova

Kişilər

-60 kq

Murad Muradlı

-66 kq

Turan Bayramov

Nizami İmranov

-73 kq

Nəriman Mirzəyev

Rüfət Şövlətov

-90 kq

Vüqar Talıbov

-100 kq

Əjdər Bağırov

+100 kq

Uşanqi Kokauri

Kənan Nəsibov

Daha a







Offside