6 noyabr 2026. Cümə

Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatı davam edir


  • Offside
  • 23:27 05.11.2026
  • Oxunma sayı: 45
Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatı davam edir

Bakıda keçirilən yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının proqramına uyğun olaraq, noyabrın 5-də 100 metrlik maneə zolağını qətetmə növü üzrə yarışlar keçirilib.

Fövqəladə Hallar Nazirliyindən 90deqiqe.Az-a verilən məlumata görə, yarışların yekununda qaliblər və mükafatçılar müəyyənləşib.

Kişilər arasında 100 metrlik maneə zolağını qətetmə növündə I yeri Yang Ding Hao - Çin Xalq Respublikası, II yeri Grebenşikov Dmitriy - Rusiya Federasiyası, III yeri isə Masalov Danol - Belarus Respublikası tutub.

Qadınlar arasında I yerə Yisupova Maysara - Özbəkistan Respublikası, II yerə Xvorstkina Arina - Rusiya Federasiyası, III yerə isə Tsenova Olesiya- Rusiya Federasiyası layiq görülüblər.

Qalib və mükafatçılara medalları fövqəladə hallar nazirinin müavini general-mayor Yusif Nəbiyev təqdim edib.

Mükafatlandırma mərasimində qalib ölkələrin dövlət himnləri səsləndirilib.







Offside