7 noyabr 2026. Şənbə

Azərbaycan idmançıları Batumidə beynəlxalq super sprint reqatasında çıxış edəcəklər


  • Offside
  • 11:37 06.11.2026
  • Oxunma sayı: 8
Azərbaycan idmançıları Batumidə beynəlxalq super sprint reqatasında çıxış edəcəklər

Noyabrın 7-də Gürcüstanın Batumi şəhərində kayak və kanoe üzrə beynəlxalq super sprint reqatası keçiriləcək.

90deqiqe.Az-ın məlumatına görə, yarışda Azərbaycan Su İdmanı Federasiyasını iki idmançı təmsil edəcək. Hüseyn Səmədli kanoe, Amil Ramazanov isə kayak növündə mübarizə aparacaq.

Hər iki idmançı super sprint yarışlarının qaydalarına uyğun olaraq, bir nəfərlik qayıqlarda 100 metr məsafəyə yürüşlərdə qüvvəsini sınayacaq.







Offside