7 noyabr 2026. Şənbə

AMADA qazi övladları üçün Zəfər Gününə həsr olunmuş tədbir keçirib


  • Offside
  • 13:20 06.11.2026
  • Oxunma sayı: 6
AMADA qazi övladları üçün Zəfər Gününə həsr olunmuş tədbir keçirib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “10ların təbəssümü” layihəsi çərçivəsində 8 Noyabr – Zəfər Günü münasibətilə qazi övladları üçün bayram tədbiri təşkil edib.

AMADA-dan 90deqiqe.Az-a verilən məlumata görə, agentliyin təşkilatçılığı, “Smart Electronics” və “VR Bee” şirkətlərinin dəstəyi ilə keçirilən tədbirin açılış mərasimində AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə və “Smart Electronics”in icraçı direktoru Baycan Salmanoğlu çıxış ediblər.

Çıxışlarda Zəfər Gününün Azərbaycan xalqının qəhrəmanlığını, milli birliyini və qürurunu təcəssüm etdirən əlamətdar tarix olduğu vurğulanıb.

Tədbir zamanı uşaqlara təmiz idman dəyərləri, idmanda dürüstlük və ədalət prinsipləri, həmçinin dopinq və narkomaniyanın insan sağlamlığına və gələcəyinə mənfi təsirləri barədə məlumat verilib.

Proqramın əyləncəli hissəsi “VR Bee” məkanında davam edib. Uşaqlar virtual reallıq texnologiyalarından istifadə edərək müxtəlif maraqlı təcrübələr yaşayıb, tədbirdə xoş və yaddaqalan anlar keçiriblər.







Offside