- Offside
- 22:08 06.11.2026
Azərbaycanın tamblinq üzrə milli komandası Çinin Nankin şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanaraq dünya çempionu titulunu qoruyub.
90deqiqe.Az-ın məlumatına görə, noyabrın 4-dən 8-dək davam edən mundialda Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşovdan ibarət komandamız final mərhələsində uğurlu çıxış nümayiş etdirərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Beləliklə, Azərbaycan gimnastları əvvəlki dünya çempionatında qazandıqları titulu qorumaqla tamblinq üzrə üçüncü dəfə dünya çempionu adına layiq görülüblər.