- Offside
- 22:08 06.11.2026
Noyabrın 6-da gənclər və idman naziri Fərid Qayıbov Şuşa şəhərində yaşayan sakinlərlə görüşərək onların müraciətlərini dinləyib.
Gənclər və İdman Nazirliyindən 90deqiqe.Az-a verilən məlumata görə, qəbuldan əvvəl Fərid Qayıbov və Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidmətinin inzibati binasında təşkil olunan qəbul zamanı nazir sakinlərin müraciət və təkliflərini dinləyib. Qaldırılan məsələlərin araşdırılması və həlli ilə bağlı müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən noyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaş qəbullarının qrafikinə uyğun təşkil olunub.