7 noyabr 2026. Şənbə

Neymarın atası “Santos”un baş direktoru təyin edildi


  • Offside
  • 01:26 07.11.2026
  • Oxunma sayı: 50
Neymarın atası “Santos”un baş direktoru təyin edildi

Braziliyalı futbolçu Neymarın atası, iş adamı Neymar da Silva Santos “Santos” klubunun yeni baş direktoru təyin olunub.

90deqiqe.Az-ın "Globo Esporte" nəşrinə istinadən məlumatına görə, dekabrın 12-də keçiriləcək seçkilərdə klubun hazırkı prezidenti Marselo Teyşeyra yenidən seçilərsə, Neymarın atası vəzifəsini qoruyacaq.

Baş direktor postu 2025-ci ilin mayından vakant idi. Neymar da Silva Santos klub rəhbərliyindəki fəaliyyəti ilə yanaşı, “Meninos da Vila” institutuna da rəhbərlik edəcək. Təşkilat akademiyanın yetirmələrinin karyerası ilə məşğul olacaq, həmçinin klubun əfsanələrinə həsr olunmuş “Ídolos Eternos” layihəsini idarə edəcək.

İş adamı oğlunun “Santos”a qayıdışından sonra klubun işlərində fəal iştirak edir. O, “NR Sports” şirkəti vasitəsilə “Vila Belmiro” stadionunda aparılan yenidənqurma işləri üçün tərəfdaşların cəlb olunmasına kömək edib. Bu işlərə paltardəyişmə otaqlarının yenilənməsi və tribunaların rənglənməsi də daxil olub.

Bundan başqa, “Santos” klubu FIFA-nın yeni futbolçuların qeydiyyatına qoyduğu qadağaya səbəb olan borcun ödənilməsi müqabilində həmin şirkətə oyun formalarında altı reklam yeri təqdim edib.







Offside