7 noyabr 2026. Şənbə

Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazanıblar


  • Offside
  • 12:49 07.11.2026
  • Oxunma sayı: 47
Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazanıblar

Azərbaycanın batut gimnastikası üzrə milli komandasının üzvləri Selcan Mahsudova və Maqsud Mahsudov Çinin Nankin şəhərində keçirilən dünya çempionatında gümüş medala sahib çıxıblar.

90deqiqe.Az-ın məlumatına görə, bacı-qardaş dueti qarışıq sinxron proqramın finalında 52,010 xal toplayaraq ikinci yeri tutub.

Bu nəticə ilə Selcan və Maqsud Mahsudov qarışıq sinxron proqram üzrə dünya çempionatında medal qazanan ilk azərbaycanlı gimnastlar kimi tarixə düşüblər.

Belarus təmsilçiləri qızıl, Yaponiya gimnastları isə bürünc medala layiq görülüblər.

Qeyd edək ki, Azərbaycan gimnastları mundialda digər proqramlar üzrə də mübarizəni davam etdirirlər.







Offside