- Offside
- 13:28 07.11.2026
Azərbaycan millisinin üzvü Tofiq Əliyev Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında gümüş medala sahib çıxıb.
90deqiqe.Az-ın məlumatına görə, tamblinq üzrə fərdi proqramda mübarizə aparan idmançımız final mərhələsində 29,700 xal toplayaraq ikinci yeri tutub.
Bu, Tofiq Əliyevin karyerasında fərdi proqram üzrə dünya çempionatında qazandığı ilk gümüş medaldır.
Finalda Portuqaliya təmsilçisi Vasko Peso qızıl, ABŞ gimnastı Kaden Braun isə bürünc medal qazanıb.
Qeyd edək ki, Tofiq Əliyevin bu nəticəsi ilə Azərbaycan təmsilçilərinin tamblinq üzrə dünya çempionatında çıxışları başa çatıb.