- Offside
- 15:17 07.11.2026
Noyabrın 14-15-də Abşeron Olimpiya İdman Kompleksində böyüklər arasında cüdo üzrə Bakı şəhər çempionatı təşkil olunacaq.
Azərbaycan Cüdo Federasiyasından (ACF) 90deqiqe.Az-a verilən məlumata görə, yarışda 35 klub və idman cəmiyyətindən 245 idmançı iştirak edəcək. Onlardan 201-i oğlan, 44-ü isə qız cüdoçudur. İştirakçılar 14 çəki dərəcəsi üzrə medallar uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, çempionatın əsas məqsədi kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.