7 noyabr 2026. Şənbə

“Kəpəz” Vətən müharibəsi iştirakçıları ilə görüş keçirib


  • Offside
  • 14:52 07.11.2026
  • Oxunma sayı: 53
“Kəpəz” Vətən müharibəsi iştirakçıları ilə görüş keçirib

8 Noyabr – Zəfər Günü münasibətilə “Kəpəz” futbol klubunda Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olunub.

Gəncə təmsilçisindən 90deqiqe.Az-a verilən məlumatına görə, tədbirdə klubun İctimai Birliyinin İdarə Heyətinin sədri Anar Abdullayev, İdarə Heyətinin üzvü Umud Tarverdiyev, II Qarabağ müharibəsində iştirak etmiş “Kəpəz” Futbol Akademiyasının U-13 komandasının baş məşqçisi Talıb Rzayev və digər qonaqlar iştirak ediblər.

Görüşdə çıxış edən Anar Abdullayev Vətən müharibəsi iştirakçılarına Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdikləri şücaətə görə təşəkkür edib. O, 44 günlük müharibədə qazanılan tarixi Qələbənin yalnız hərbi uğur deyil, həm də xalqın milli birliyinin, sarsılmaz iradəsinin və Vətənə bağlılığının təcəssümü olduğunu vurğulayıb.

Klub rəsmisi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərin qəhrəmanlıq salnaməsi kimi gələcək nəsillərə örnək olduğunu bildirib. O, Vətən uğrunda canından keçən şəhidlərə rəhmət diləyib, qazilərə cansağlığı arzulayıb.

Vaxtilə “Kəpəz”in formasını geyinmiş, hazırda klubun akademiyasında çalışan Talıb Rzayev də çıxışında Zəfər Gününün gələcək nəsillər üçün böyük mənəvi əhəmiyyət daşıdığını qeyd edib. O, Vətən müharibəsi zamanı döyüşçülərin yüksək ruh yüksəkliyi və qələbə əzmi ilə mübarizə apardıqlarını xatırladıb.

Görüşün sonunda Anar Abdullayev müharibə iştirakçılarına hədiyyələr təqdim edib.







Offside