- Offside
- 17:50 08.11.2026
8 Noyabr – Zəfər Günü münasibətilə Binə Atçılıq Mərkəzində “Zəfər Kuboku” uğrunda yorğa qaçışlarının açılış mərasimi keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, tədbir Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış mərasimində atların paradı təşkil olunub, iştirakçılar üçün konsert proqramı təqdim edilib.
Yarışlar 1200 metrdən 3200 metrədək müxtəlif məsafələr üzrə 14 kateqoriyada keçirilir.