- Offside
- 22:48 08.11.2026
Binə Atçılıq Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunan “Zəfər Kuboku” uğrunda yorğa qaçışları davam edir.
90deqiqe.Az-ın məlumatına görə, yarışda ölkənin müxtəlif bölgələrindən gətirilən yorğa atlar 1200 metrdən 3200 metrədək məsafələr üzrə 14 kateqoriyada mübarizə aparırlar.
Artıq 1400, 1600 və 1650 metr məsafələr üzrə qaliblər bəlli olub.
1400 metr məsafəyə qaçışda Bakı təmsilçisi Murad Həsənlinin jokeylik etdiyi “Karatay” adlı at finiş xəttini birinci keçib.
1600 metr məsafədə Gəncədən olan Xəlil Allahverdiyevin idarə etdiyi “Kabus” qalib gəlib. 1650 metr məsafədə isə Xocalı təmsilçisi Vaqif Abdurahmanovun jokeylik etdiyi “Cəllad” adlı at birinci yeri tutub.
Yarışın qalibləri kubok, medal və diplomlarla mükafatlandırılıblar.