8 noyabr 2026. Bazar günü

Azərbaycan kayak və kanoeçiləri Batumidə iki medal qazanıblar


  • Offside
  • 10:37 08.11.2026
  • Oxunma sayı: 9
Azərbaycan kayak və kanoeçiləri Batumidə iki medal qazanıblar

Azərbaycanın kayak və kanoe üzrə milli komandasının üzvləri Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq super sprint reqatasında mükafatçılar sırasında yer alıblar.

90deqiqe.Az-ın məlumatına görə, noyabrın 7-də başa çatan yarışda idmançılar 100 metr məsafəyə yürüşlərdə qüvvələrini sınayıblar.

Azərbaycan Su İdmanı Federasiyasının təmsilçisi Hüseyn Səmədli kanoe qayığında finiş xəttini üçüncü keçərək bürünc medal qazanıb. Amil Ramazanov isə kayak qayığında yarışı ikinci pillədə başa vuraraq gümüş medala sahib çıxıb.

Beləliklə, Azərbaycan idmançıları beynəlxalq reqatanı bir gümüş və bir bürünc medalla başa vurublar.







Offside