8 noyabr 2026. Bazar günü

Azərbaycan şahmatçıları Avropa çempionatında liderlik mövqelərini qoruyurlar


  • Offside
  • 14:54 08.11.2026
  • Oxunma sayı: 9
Azərbaycan şahmatçıları Avropa çempionatında liderlik mövqelərini qoruyurlar

Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində 8-18 yaşlı şahmatçılar arasında keçirilən Avropa çempionatında beşinci turun oyunları başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan təmsilçiləri yarışda uğurlu çıxışlarını davam etdirirlər. 18 yaşadək qızların mübarizəsində Nərmin Abdinova keçirdiyi beş görüşün hamısında qələbə qazanaraq 5 xalla turnir cədvəlinə başçılıq edir. O, ən yaxın izləyicisini bir xal qabaqlayır.

18 yaşadək oğlanların yarışında Tunar Davudov liderlik edir. 16 yaşadək oğlanların mübarizəsində isə Paşam Əlizadə ikinci pillədə qərarlaşıb.

Bundan başqa, Səfa Hümmətov (U14), Nurtən Nuriyeva (G18) və Şəmsi Qaraxanov (U14) ilk onluqda yer alaraq medal uğrunda mübarizə aparmaq şanslarını qoruyurlar.

Qeyd edək ki, bu gün çempionatda istirahət günüdür. Yeniyetmə şahmatçılar arasında Avropa çempionatına noyabrın 12-də yekun vurulacaq.







Offside