- Offside
- 22:48 08.11.2026
Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunları çərçivəsində keçirilən çimərlik güləşi üzrə yarışlar davam edir.
90deqiqe.Az-ın məlumatına görə, bu gün Azərbaycan millisinin daha iki təmsilçisi mübarizəyə qoşulub.
70 kq çəki dərəcəsində çıxış edən Tunar Quliyev A qrupunda keçirdiyi ilk görüşdə Yeni Zelandiya təmsilçisi Vairangi Sarcentə, ikinci qarşılaşmada isə anqolalı Diasivi Reanatoya qalib gəlib. Güləşçimizin qrup mərhələsində sonuncu rəqibi Puerto-Riko təmsilçisi Joab Cabril Karilyo Rodriges olacaq.
90 kq çəki dərəcəsində mübarizə aparan digər idmançımız Elgün Kərimli isə B qrupunda əvvəlcə Moldova təmsilçisi Artiom Kakeanı, ardınca Mərakeşdən olan Nour Qannamı məğlub edib. Güləşçimiz qrup mərhələsində son görüşünü Braziliya təmsilçisi Allan Smit di Souza Beserraya qarşı keçirəcək.
Hər iki idmançımız qrupun son qarşılaşmasında qələbə qazanacağı təqdirdə yarımfinala vəsiqə əldə edəcək