8 noyabr 2026. Bazar günü

Zəfər Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş təşkil olunub


  • Offside
  • 18:07 08.11.2026
  • Oxunma sayı: 10
Zəfər Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş təşkil olunub

8 Noyabr – Zəfər Günü münasibətilə Quba rayonunda yerləşən Xarıbülbül zirvəsinə (2783 metr) alpinizm yürüşü keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə baş tutan yürüşün əsas məqsədi tarixi Zəfərin rəmzi olan milli birlik və vətənpərvərlik dəyərlərini təbliğ etmək, eləcə də dağ turizminə marağı artırmaq olub.

Yürüş iştirakçıları çətin dağ marşrutunu keçərək zirvəyə qalxıblar və orada Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıblar.

Tədbir Zəfər Gününün tarixi əhəmiyyətinin, milli həmrəyliyin və vətənpərvərlik ruhunun təşviqinə töhfə verib.







Offside