8 noyabr 2026. Bazar günü

Azərbaycan Basketbol Liqasında VI turun oyunları başa çatıb


  • Offside
  • 20:15 08.11.2026
  • Oxunma sayı: 11
Azərbaycan Basketbol Liqasında VI turun oyunları başa çatıb

6-8 noyabr tarixlərində Azərbaycan Basketbol Liqasında (ABL) VI turun qarşılaşmaları keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, tur çərçivəsində dörd oyun baş tutub. Görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

  • “Ordu” – “Sabah” – 81:93

  • “Neftçi” – NTD – 82:63

  • “Gəncə” – “Sumqayıt” – 76:80

  • “Naxçıvan” – “LANDAU Lions” – 63:59

8 Noyabr – Zəfər Gününə təsadüf edən turun son iki qarşılaşmasından əvvəl Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım mərasimi Milli Gimnastika Arenasında keçirilən “Naxçıvan” – “LANDAU Lions” və Gəncə İdman Sarayında baş tutan “Gəncə” – “Sumqayıt” oyunlarından əvvəl təşkil olunub.

Qeyd edək ki, ABL-də keçirdiyi bütün oyunlarda qələbə qazanan “Neftçi” turnir cədvəlinin vahid lideridir. NTD isə sonuncu pillədə qərarlaşıb.







Offside