8 noyabr 2026. Bazar günü

Dakar-2026: Azərbaycan çimərlik güləşçiləri iki medal qazanıblar


  • Offside
  • 21:55 08.11.2026
  • Oxunma sayı: 12
Dakar-2026: Azərbaycan çimərlik güləşçiləri iki medal qazanıblar

Azərbaycan idmançıları Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çimərlik güləşi üzrə uğurlu çıxış ediblər.

90deqiqe.Az-ın məlumatına görə, milli komandamız bu növdə iki qızıl və bir gümüş medal qazanıb.

70 kq çəki dərəcəsində mübarizə aparan Tunar Quliyev finalda Gürcüstan təmsilçisi Luka Maxaradzeyə qalib gələrək Olimpiya çempionu olub.

A qrupunda çıxış edən idmançımız qrup mərhələsində Yeni Zelandiya təmsilçisi Vairangi Sarcenti, Anqola idmançısı Diasivi Reanato və Puerto-Riko təmsilçisi Joab Kabril Karilyo Rodrigesi məğlub edib. Yarımfinalda isə Ukrayna təmsilçisi Mikita Kuzmenkoya qalib gələrək finala yüksəlib.

Azərbaycan komandasının digər üzvü Elgün Kərimli də çempionluq sevinci yaşayıb. 90 kq çəki dərəcəsində çıxış edən güləşçimiz finalda Gürcüstan təmsilçisi Nuradin Mustafayevə qalib gələrək qızıl medal qazanıb.

B qrupunda mübarizə aparan Elgün Kərimli qrup mərhələsində Moldova təmsilçisi Artiom Kakeanı, Mərakeş idmançısı Nour Qannamı və Braziliya təmsilçisi Allan Smit di Souza Beserranı məğlub edib. Yarımfinalda isə Seneqal təmsilçisi Ablaye Diufu üstələyərək həlledici görüşə vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan təmsilçilərindən Nihad Süleymanlı (80 kq) gümüş medal əldə edib. Günel Kərimli (55 kq) isə yarışı beşinci pillədə başa vurub.

Beləliklə, Azərbaycan komandası Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çimərlik güləşi yarışlarını iki qızıl və bir gümüş olmaqla üç medalla başa vurub.







Offside