8 noyabr 2026. Bazar günü

Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı təşkil edilib


  • Offside
  • 21:57 08.11.2026
  • Oxunma sayı: 12
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı təşkil edilib

8 Noyabr – Zəfər Günü münasibətilə “Ocaq Sport” klubunda Xüsusi Olimpiya proqramı çərçivəsində bədii gimnastika yarışı keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə baş tutan yarışda əqli imkanları məhdud olan atletlər müxtəlif proqramlar üzrə çıxış edərək bacarıqlarını nümayiş etdiriblər.

Tədbirin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan şəxslərin idmana cəlb edilməsi, fiziki bacarıqlarının inkişaf etdirilməsi və onların cəmiyyətə inteqrasiyasına dəstək göstərmək olub.

Yarış iştirakçılar üçün idman təcrübəsi qazanmaq, özünəinamı artırmaq və yeni dostluqlar qurmaq baxımından da əhəmiyyət daşıyıb.

Tədbirin sonunda bütün iştirakçılara medal, diplom və hədiyyələr təqdim olunub.







Offside