8 noyabr 2026. Bazar günü

Futzal millimiz Latviya yığmasına böyük hesabla məğlub olub


  • Offside
  • 21:51 08.11.2026
  • Oxunma sayı: 11
Futzal millimiz Latviya yığmasına böyük hesabla məğlub olub

Futzal üzrə Azərbaycan millisi dünya çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, XII qrupda mübarizə aparan komandamız Latviya yığması ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra Azərbaycan millisi qrupda keçirdiyi üç oyundan cəmi bir xal toplayaraq üçüncü pillədə qərarlaşıb. Latviya iki qarşılaşmadan dörd xal əldə edərək ikinci sırada yer alıb. Üç oyundan beş xal toplayan Çexiya isə qrupun lideridir.







Offside