- Offside
- 14:20 09.11.2026
Azərbaycanın çimərlik güləşi üzrə oğlanlardan ibarət milli komandası Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında komanda hesabında birinci yeri tutub.
Milli Olimpiya Komitəsindən 90deqiqe.Az-a verilən məlumata görə, Azərbaycan təmsilçiləri yarışda iki qızıl və bir gümüş medal qazanıblar.
Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib və Yeniyetmələrin Olimpiya çempionu olublar. Nihad Süleymanlı (80 kq) isə gümüş medala sahib çıxıb.
Azərbaycan komandası 70 xalla komanda hesabında birinci yeri tutub. Gürcüstan 61 xalla ikinci, Seneqal isə 58 xalla üçüncü pillədə qərarlaşıb.
Beləliklə, millimiz çimərlik güləşi üzrə yarışları həm fərdi, həm də komanda hesabında medallarla başa vurub.