- Offside
- 20:02 10.11.2026
Noyabrın 7-8-də Avstriyanın Qraz şəhərində yerləşən BLOC House Graz dırmanma mərkəzində “MEISTERSCHAFT KIDS 2026” beynəlxalq yarışı keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, idman dırmanmasının boulderinq növü üzrə təşkil olunan turnirdə 20 ölkədən 360 idmançı iştirak edib. Azərbaycan yarışda ilk dəfə “Shusha Climbers” klubunun üzvü, 6 yaşlı Selin Tağızadə ilə təmsil olunub.
U-9 (2018-2019-cu illər təvəllüdlü idmançılar) yaş kateqoriyasında mübarizə aparan Selin öz çıxışında 2 top və 4 zona əldə edərək Avstriya və Bolqarıstan təmsilçilərini qabaqlayıb.
Yarışın sonunda idmançımıza iştirakçı sertifikatı təqdim olunub.
Beləliklə, Selin Tağızadə beynəlxalq arenada ilk təcrübəsini qazanaraq idman karyerasında yeni mərhələyə qədəm qoyub.