10 noyabr 2026. Çərşənbə axşamı

Neymar karyerasını nə vaxt başa vuracağını açıqlayıb


  • Offside
  • 17:05 10.11.2026
  • Oxunma sayı: 63
Neymar karyerasını nə vaxt başa vuracağını açıqlayıb

“​Santos”un braziliyalı hücumçusu Neymar futbolçu karyerasını nə vaxt başa vurmağı planlaşdırdığını açıqlayıb.

90deqiqe.Az-ın "RMC Sport" nəşrinə istinadən məlumatına görə, 34 yaşlı forvard 2030-cu ildə "Kings League"də çıxış etmək istəyir.

“Kings League"də oynamaq istəyirəm. Bunu 2030-cu ildə edəcəyəm. Karyeramı davam etdirmək üçün daha beş-altı il vaxtım var? Xeyr. Səndə də mənimki kimi diz olsaydı, məni anlayardın”, – deyə Neymar bildirib.

Qeyd edək ki, “Kings League"  “Barselona”nın sabiq müdafiəçisi Jerar Pike tərəfindən yaradılmış media futbol liqasıdır.

Neymar cari ildə bütün turnirlər nəzərə alınmaqla 27 oyunda meydana çıxıb, 10 qol vurub və 8 məhsuldar ötürmə edib.

Braziliyalı futbolçunun “Santos”la hazırkı müqaviləsi 2026-cı ilin dekabr ayının sonunda başa çatır.







Offside