- Offside
- 20:02 10.11.2026
Qadın voleybolçulardan ibarət “Turan” komandası CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edib.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın “Maritsa” kollektivini qəbul edib. Tovuz Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, tərəflər arasında keçirilən ilk görüşdə də “Turan” səfərdə rəqibini 3:0 hesabı ilə məğlub edib.
Beləliklə, iki oyunun nəticəsinə əsasən, Azərbaycan klubu CEV Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.