10 noyabr 2026. Çərşənbə axşamı

Cüdo üzrə U-17 Bakı şəhər birinciliyinin qalibləri müəyyənləşib


  • Offside
  • 19:57 10.11.2026
  • Oxunma sayı: 40
Cüdo üzrə U-17 Bakı şəhər birinciliyinin qalibləri müəyyənləşib

Noyabrın 10-da Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyinə yekun vurulub.

90deqiqe.Az-ın məlumatına görə, ikinci yarış günündə 231 cüdoçu 8 çəkidə qüvvəsini sınayıb. Qızlar arasında -44 kq, -52 kq, -63 kq, +70 kq, oğlanların mübarizəsində isə -55 kq, -66 kq, -81 kq və +90 kq çəki dərəcələrində mükafatçılar müəyyənləşib.

Turnirdə ümumilikdə 69 klub və idman cəmiyyətindən 490 cüdoçu (406 oğlan, 84 qız) iştirak edib.

Günün medalçılarını təqdim edirik:

Qızlar

-44 kq

1. Zəhra Quliyeva (Bakı şəhəri 2 nömrəli RİOEUGİM)

2. Ayan Həsənli (Judo Club 2012)

3. Aysu Əliyeva (Bakı şəhəri 1 nömrəli RİOEUGİM)

3. Rəfiqə Hüseynova (RKİM)

-52 kq

1. Zəhra Seyidzadə (RKİM)

2. Səkinə Zeynalova (Bakı şəhəri 8 nömrəli İOEUGİM)

3. Samirə Əliyeva (Balaxanı İM)

3. Şövkət Kərimova (ROİL)

-63 kq

1. Zilan Hüseynli (Şağan OİK)

2. Mələk Nəcəfova (Bakı şəhəri 13 nömrəli İOEUGİM)

3. Zöhrə Ağazadə (Neftçi İK)

3. Məryəm Yusifli (Ordu İdman Klubu)

+70 kq

1. Zəhra İbadova (Neftçi İK)

2. Aysu Quliyeva (Judo Club 2012)

3. Rəhimə İsmiəliyeva (Bakı şəhəri 8 nömrəli İOEUGİM)

Oğlanlar

-55 kq

1. Anar Mirzoev (Bakı şəhəri 13 nömrəli İOEUGİM)

2. Aqil Nağıyev (Sərhədçi İM)

3. Ülvi Cəlilzadə (Neftçi İK)

3. Rza Ayvazlı (Şağan OİK)

-66 kq

1. Əli Cəfərov (Bakı şəhəri 13 nömrəli İOEUGİM)

2. Mikayıl Qocayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM)

3. Harun Sultanov (ROİL)

3. Rövşən Qurbanəliyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM)

-81 kq

1. Yusif Ağakişiyev (RKİM)

2. Məhəmmədəli Mehdi (Bakı şəhəri 2 nömrəli RİOEUGİM)

3. İslam Adıgözəlzadə (Elxan İK)

3. Oktay Bəndəliyev (Arifoğlu İK)

+90 kq

1. Baxış Əhmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM)

2. Munir Əlizadə (Atilla İK)

3. Rəsul Ağayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM)

3. İdris Xanbalayev (Ordu İdman Klubu)







Offside