- Offside
- 22:27 10.11.2026
“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə növbəti qarşılaşmasını keçirib.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan çempionu Türkiyənin “Trabzonspor” komandası ilə üz-üzə gəlib. Milli Gimnastika Arenasında təşkil olunan görüş Bakı təmsilçisinin 91:72 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Sabah” III turda Fransanın “Nanter 92” kollektivini 87:80 hesabı ilə məğlub edib. Təmsilçimiz I turda Litvanın “Ritas” komandasına (73:82), II turda isə “Trabzonspor”a (83:100) uduzub.