- Offside
- 23:48 11.11.2026
Azərbaycan İdman Akademiyası (ASA) “Quacquarelli Symonds” (QS) təşkilatının həyata keçirdiyi “QS Stars” beynəlxalq audit qiymətləndirməsində ən yüksək nəticəyə – 5 ulduza layiq görülüb.
ASA-dan 90deqiqe.Az-a verilən məlumata görə, qiymətləndirmə 9 kateqoriya üzrə aparılıb. Onlardan 5-də 5 ulduz (“mükəmməl”), digər 4-də isə 4 ulduz (“çox yaxşı”) nəticəsi əldə olunub.
ASA tədris, infrastruktur, məzunların məşğulluğu, müxtəliflik və inklüzivlik, eləcə də səmərəli idarəetmə kateqoriyaları üzrə ən yüksək qiymətləndirməyə layiq görülüb.
Bildirilib ki, Azərbaycan İdman Akademiyası bu nəticəni əldə edən dünyada ilk idman profilli ali təhsil müəssisəsidir.
Qeyd edək ki, “QS Stars” ali təhsil müəssisələrinin fəaliyyətini beynəlxalq səviyyədə qiymətləndirən sistemlərdən biridir. Qiymətləndirmə ali təhsil ocaqlarının güclü və inkişaf etdirilməli istiqamətlərini müəyyənləşdirməyə, onların beynəlxalq səviyyədə tanınmasına töhfə verir.