- Offside
- 23:48 11.11.2026
8 Noyabr – Zəfər Gününə həsr olunmuş yelkən idmanı üzrə “Zəfər Kuboku” yarışı keçirilib.
Azərbaycan Su İdmanı Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, turnirdə 20-dən çox idmançı dörd kateqoriya üzrə mübarizə aparıb.
Yarışların yekununda optimist yeniyetmələr (Junior), optimist ümumi kateqoriya, optimist qızlar və ILCA 4 sinifləri üzrə qaliblər və mükafatçılar müəyyənləşib.
Nəticələrə əsasən, mükafatçıların siyahısı belədir:
Optimist yeniyetmələr (Junior):
Kamilla Həsənova
Gülnisə İsmayılova
Leyli Məmmədli
Optimist ümumi kateqoriya:
Kamal Bəşirli
Amin Cəlilzadə
Nurlan Ağazadə
Optimist qızlar:
Kamilla Həsənova
Səma Mansurzadə
Yağmur Həsənli
ILCA 4:
Mikayıl Məmmədzadə
Yarışın sonunda mükafatçılara diplomlar təqdim olunub.