12 noyabr 2026. Cümə axşamı

“Üzgüçülük hamı üçün” layihəsi çərçivəsində yarış keçiriləcək


  • Offside
  • 11:17 11.11.2026
  • Oxunma sayı: 54
“Üzgüçülük hamı üçün” layihəsi çərçivəsində yarış keçiriləcək

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə “Üzgüçülük hamı üçün” yarışı təşkil olunacaq.

Nazirliyin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, turnirdə 9 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Yarış iştirakçıları 14 yaş kateqoriyası üzrə mübarizə aparacaqlar.

Kateqoriyalar 10-11, 12-13, 14-15, 16-17, 18-20, 21-25, 26-30, 31-35, 36-40, 41-45, 46-50, 51-55, 56-60 və 61 yaşdan yuxarı qrupları əhatə edir.

Hər yaş kateqoriyasında ölkə üzrə ilk iki yeri tutan üzgüçülər türkdilli dövlətlər arasında keçiriləcək “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsində iştirak hüququ qazanacaqlar.

Yarışda iştirak etmək istəyənlər noyabrın 30-dək qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, turnir dekabrın 18-də saat 10:00-da respublikada fəaliyyət göstərən üzgüçülük hovuzlarında keçiriləcək.







Offside