12 noyabr 2026. Cümə axşamı

“Xankəndi” klubu doğma şəhərinə köçməyi planlaşdırır


  • Offside
  • 12:15 11.11.2026
  • Oxunma sayı: 59
“Xankəndi” klubu doğma şəhərinə köçməyi planlaşdırır

“Xankəndi” futbol klubu maddi-texniki bazanın formalaşdırılması və zəruri infrastrukturun yaradılmasından sonra doğma şəhərinə köçməyi planlaşdırır.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, bu istiqamətdə rəhbərlik tərəfindən Xankəndi şəhər nümayəndəliyi ilə əlaqələrin qurulması və komandanın yerləşməsi üçün müvafiq binanın müəyyənləşdirilməsi nəzərdə tutulur.

İlkin plana əsasən, təşkilati və infrastruktur məsələləri həll edildikdən, eləcə də qış mövsümündən sonra komandanın Xankəndiyə köçürülməsi planlaşdırılır. Köçürülmənin dəqiq vaxtı isə müvafiq şəraitin yaradılmasından asılı olacaq.

Qeyd edək ki, hazırda Xankəndidə komandanın daimi fəaliyyəti üçün zəruri infrastruktur tam formalaşmadığından futbolçular və məşqçilər heyəti fəaliyyətlərini Bakıda davam etdirirlər.







Offside