- Offside
- 23:48 11.11.2026
Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Kəmalə Əsgərova kişi komandaları arasında keçirilən CEV Çelenc Kubokunun 1/32 final mərhələsinin qarşılaşmasını idarə edəcək.
Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, həmyerlimiz bu gün Xorvatiyada baş tutacaq “Ribola Kastela” (Xorvatiya) – “UVC Holding Qrats” (Avstriya) görüşündə birinci hakim funksiyasını yerinə yetirəcək.
Qarşılaşmada ikinci hakim vəzifəsini bolqarıstanlı Boyan Zhelev icra edəcək.