12 noyabr 2026. Cümə axşamı

Azərbaycan güləşçiləri Qazaxıstandakı turnirdə 8 medal qazanıblar


  • Offside
  • 13:46 11.11.2026
  • Oxunma sayı: 48
Azərbaycan güləşçiləri Qazaxıstandakı turnirdə 8 medal qazanıblar

Azərbaycanın sərbəst güləş üzrə yeniyetmə millisi Qazaxıstanın Kökşetau şəhərində əməkdar məşqçi Axmetjan Kazımbetovun xatirəsinə həsr olunmuş ənənəvi turnirdə uğurlu çıxış edib.

Azərbaycan Güləş Federasiyasından 90deqiqe.Az-a verilən məlumatına görə, U-17 millisinin böyük məşqçisi Hacı Əliyev və məşqçi Allahverdi Vəliyevin rəhbərliyi altında yarışan səkkiz idmançımız fəxri kürsüyə yüksəlib.

Təmsilçilərimizdən Yusif Abdullayev (45 kq), Süleyman Şirinov (51 kq), İbrahim Həsənov (55 kq) və Elcan Həsənov (65 kq) qızıl medal qazanıblar.

Hüseyn Rzazadə (55 kq) və Elvin Nəcəfzadə (92 kq) gümüş, Tunar Hüseynov (48 kq) və Nicat Mustafayev (110 kq) isə bürünc medala sahib çıxıblar.

Beləliklə, Azərbaycan güləşçiləri turniri dörd qızıl, iki gümüş və iki bürünc medalla başa vurublar.







Offside