- Offside
- 23:48 11.11.2026
Azərbaycan boksçusu Gülər Hüseynova (51 kq) Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında finala vəsiqə qazanıb.
Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, idmançımız yarımfinalda kanadalı Mehrin Xanı hakimlərin yekdil qərarı ilə 5:0 hesabı ilə məğlub edib. Görüşdə hakimlərin verdiyi xallar 30:26, 30:26, 30:26, 30:25 və 30:27 olub.
Avropa çempionu final qarşılaşmasında Venesuela təmsilçisi Qrenyellis Qarsiya ilə üz-üzə gələcək.
Qeyd edək ki, həlledici döyüş noyabrın 12-də keçiriləcək.