- Offside
- 23:48 11.11.2026
Qadın basketbolçulardan ibarət Azərbaycan milli komandası 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
90deqiqe.Az-ın məlumatına görə, A qrupunda mübarizə aparan yığmamız Bakıda İsveçrə komandası ilə qarşılaşıb. Milli Gimnastika Arenasında baş tutan görüş qonaqların 84:33 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu noyabrın 14-də keçirəcək. Komandamız həmin gün doğma meydanda İrlandiya yığmasını qəbul edəcək.