- Offside
- 23:48 11.11.2026
Azərbaycan Cüdo Federasiyası (ACF) və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə qadınlardan ibarət gənclər millisinin üzvləri üçün maarifləndirici seminar keçirilib.
ACF-dən 90deqiqe.Az-a verilən məlumata görə, seminarın əsas məqsədi idmançılar arasında təmiz və ədalətli idman prinsiplərini təşviq etmək, dopinqin sağlamlığa və idman karyerasına mümkün təsirləri barədə məlumatlılığı artırmaq olub.
Təlim zamanı iştirakçılara beynəlxalq yarışlarda tətbiq olunan antidopinq qaydaları, qadağan edilmiş maddələr və üsullar, eləcə də bəzi dərman vasitələrinin tərkibində dopinq nəzarəti baxımından risk yarada biləcək komponentlər barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, idmançıların qəbul etdikləri dərman və preparatlara qarşı diqqətli olmalarının vacibliyi vurğulanıb. Bu prosesdə həkim, məşqçi və idmançı arasında düzgün və davamlı kommunikasiya qurulmasının əhəmiyyəti diqqətə çatdırılıb.