12 noyabr 2026. Cümə axşamı

Yeniyetmə taekvondoçumuz Olimpiya Oyunlarının finalına yüksəlib


  • Offside
  • 20:57 11.11.2026
  • Oxunma sayı: 44
Yeniyetmə taekvondoçumuz Olimpiya Oyunlarının finalına yüksəlib

Azərbaycan taekvondoçusu Adil Kazımlı (73 kq) Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında finala vəsiqə qazanıb.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Taekvando Federasiyasından məlumat verilib.

Təmsilçimiz yarımfinal mərhələsində meydan sahibi ölkənin idmançısı Amet Diopa qalib gələrək həlledici görüşə yüksəlib.

Qeyd edək ki, Adil Kazımlının final qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək.







Offside