- Offside
- 23:48 11.11.2026
Azərbaycan şahmatçısı Nərmin Abdinova Yunanıstanın Hersonissos şəhərində keçirilən 8-18 yaşlı idmançılar arasında Avropa çempionatında qızıl medal qazanıb.
Azərbaycan Şahmat Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 18 yaşadək qızların mübarizəsində çıxış edən təmsilçimiz VIII turda Polşa şahmatçısı Klara Şçotkanı məğlub edərək ardıcıl səkkizinci qələbəsini əldə edib.
Bununla da bütün görüşlərini qələbə ilə başa vuran Nərmin Abdinova son turun nəticəsindən asılı olmayaraq Avropa çempionluğunu rəsmiləşdirib.
Qeyd edək ki, U-18 yaş qrupunda qızlar arasında Avropa çempionatının əvvəlki qızıl medalını 2014-cü ildə Batumidə Ülviyyə Fətəliyeva qazanıb.
Yarışa noyabrın 12-də yekun vurulacaq.