- Offside
- 23:48 11.11.2026
“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti oyununu keçirib.
90deqiqe.Az-ın məlumatına görə, H qrupunda Yunanıstanın “Mikonos” kollektivi ilə qarşılaşan “ağ-qaralar” Milli Gimnastika Arenasında baş tutan görüşdə 84:80 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, “Neftçi” bu qarşılaşmayadək qrup mərhələsində keçirdiyi beş oyunun hamısında məğlub olmuşdu. Paytaxt təmsilçisi hazırda H qrupunda 6-cı pillədə qərarlaşıb.
Komanda növbəti oyununu noyabrın 18-də Latviyanın “Riqa” kollektivinə qarşı keçirəcək.