12 noyabr 2026. Cümə axşamı

Adil Kazımlı Dakar-2026-da gümüş medal qazanıb


  • Offside
  • 23:48 11.11.2026
  • Oxunma sayı: 59
Adil Kazımlı Dakar-2026-da gümüş medal qazanıb

Azərbaycan taekvondoçusu Adil Kazımlı (73 kq) Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının gümüş medalına sahib çıxıb.

Azərbaycan Taekvondo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, idmançımız final qarşılaşmasında məğlub olaraq yarışı ikinci pillədə başa vurub.

Qeyd edək ki, Adil Kazımlı yarımfinal mərhələsində Seneqal təmsilçisi Amet Diopa qalib gələrək həlledici görüşə vəsiqə qazanmışdı.







Offside