13 noyabr 2026. Cümə

“Xilasedici” CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib


  • Offside
  • 07:50 12.11.2026
  • Oxunma sayı: 39
“Xilasedici” CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib

Kişi voleybolçulardan ibarət “Xilasedici” komandası CEV Çempionlar Liqasının II təsnifat mərhələsini adlayıb.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi mərhələnin cavab oyununda Portuqaliyada yerli “Sportinq” klubu ilə qarşılaşıb. Görüş “Xilasedici”nin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında Bakıda keçirilən ilk matçda da eyni hesablı nəticə qeydə alındığından mərhələnin taleyi qızıl setdə həll olunub. Həlledici setdə 15:13 hesabı ilə üstün olan Azərbaycan təmsilçisi III təsnifat mərhələsinə vəsiqə qazanıb.







Offside