13 noyabr 2026. Cümə

Messi və Qrizmann MLS-in fərdi mükafatlarına namizəd göstəriliblər


  • Offside
  • 23:59 12.11.2026
  • Oxunma sayı: 67
Messi və Qrizmann MLS-in fərdi mükafatlarına namizəd göstəriliblər

MLS 2026-cı il müntəzəm çempionatının yekunlarına əsasən təqdim ediləcək illik mükafatların finalçılarını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, fərdi mükafatlara namizədlər arasında Madrid “Atletiko”sunun sabiq futbolçusu Antuan Qrizmann və “İnter Mayami”nin hücumçusu Lionel Messi də yer alıblar.

Hazırda “Orlando Siti”də çıxış edən Qrizmann “İlin ən yaxşı yeni oyunçusu” mükafatı uğrunda “Hyuston”dan Gilyerme və “Sportinq Kanzas Siti”dən Andre Luislə mübarizə aparacaq.

Messi isə Landon Donovan adına mövsümün ən dəyərli oyunçusu (MVP) mükafatına beş namizəddən biri olub. Onun rəqibləri “Sinsinnati”dən Evander, “Hyuston”dan Gilyerme, “Neşvill”dən Hani Muxtar və “Filadelfiya”dan Kavan Sallivandır.

Qeyd edək ki, Messi daha əvvəl mövsümün ən yaxşı qoluna görə təqdim edilən mükafata da namizəd göstərilib.







Offside