- Offside
- 00:11 13.11.2026
Azərbaycan boksçusu Gülər Hüseynova Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medala sahib çıxıb.
Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 51 kq çəki dərəcəsində mübarizə aparan idmançımız final görüşündə Venesuela təmsilçisi Qrenyellis Qarsiya ilə qarşılaşıb. Rəqibinə məğlub olan Gülər Hüseynova yarışı ikinci pillədə başa vurub.
Bu nəticə ilə Hüseynova Yeniyetmələrin Yay Olimpiya Oyunlarında medal qazanan ilk azərbaycanlı qız boksçu kimi tarixə düşüb.
Qeyd edək ki, Azərbaycanı daha əvvəl oğlan boksçular Rüfət Hüseynov (49 kq), Salman Əlizadə (48 kq), Elvin İsayev (57 kq) və Nurlan Səfərov (60 kq) Yeniyetmələrin Yay Olimpiya Oyunlarında təmsil ediblər. Rüfət Hüseynov Nankin-2014-də qızıl, Salman Əlizadə və Elvin İsayev Sinqapur-2010-da gümüş, Nurlan Səfərov isə Buenos-Ayres-2018-də bürünc medal qazanıb.