13 noyabr 2026. Cümə

“Neftçi”nin akademiya komandaları üçün antidopinq seminarı keçirilib


  • Offside
  • 18:08 12.11.2026
  • Oxunma sayı: 27
“Neftçi”nin akademiya komandaları üçün antidopinq seminarı keçirilib

“Palms Sports” Futbol Mərkəzində “Neftçi” klubunun U-19, U-17, U-16 və U-15 komandalarının məşqçi və futbolçu heyəti üçün antidopinq mövzusunda maarifləndirici seminar təşkil olunub.

Klubun mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərov çıxış edib. O, iştirakçılara antidopinq qaydaları, onların idmanda tətbiqi və idmançıların bu sahədə daşıdığı məsuliyyət barədə ətraflı məlumat verib.

Seminar zamanı antidopinq tələblərinə əməl olunmasının peşəkar idmanın əsas prinsiplərindən biri olduğu vurğulanıb. Gənc futbolçuların bu sahədə məlumatlılığının artırılması, mümkün qayda pozuntularından qorunması və idmanda dürüstlük prinsiplərinin təşviqi diqqət mərkəzində olub.

Xüsusilə futbolçuların erkən yaşlardan etibarən antidopinq qaydalarını mənimsəməsinin vacibliyi qeyd edilib.

Tədbirin əsas məqsədi “Neftçi” akademiyasının futbolçu və məşqçi heyətinin antidopinq sahəsində biliklərini artırmaq və məsuliyyətli idman davranışını təşviq etmək olub.







Offside